8 Oktyabr 2019 www.xeber24.az 

Mark Zukerberqin böyük bacısı Rendi “Instaqram” səhifəsində Sankt-Peterburq səfərinin təəssüratları ilə bölüşüb.

“Life” xəbər verir ki, Rendi “Synergy Global Forum”da çıxış edib və asudə vaxtında şəhəri gəzib.

“Rusiyadan sevgi ilə!”, – fotolarının birini belə şərh edən qadın biznesmen burada araq içdiyini də bildirib.

Lakin Rendinin sözlərinə görə, arağın dadı onun xoşuna gəlməyib və o daha çox şəhəri gəzməkdən zövq alıb.