12 Aprel 2019 www.xeber24.az

Ukrayna Ali Radasının deputatı Tatyana Çernovol prezidentliyə namizəd Vladimir Zelenskinin fərari olmasıyla bağlı ortaya atılan iddianın araşdırılmasını tələb edib.

Xeber24.az Yenicag.az-a istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi artıq məsələylə bağlı araşdırmaların başladığını bildirib.

Qeyd edək ki, Ukrayna müdafiə nazirinin birinci müavini İvan Rusnak məsələyə ən geci 1 həftə ərzində aydınlıq gətiriləcəyini bildirib.

Fariz Eyvazlı