11 sentyabr 2019 www.xeber24.az

Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zabrat I qəsəbəsində minik avtomobili yolu keçmək istəyən piyada, 1960-cı il təvəllüdlü Əhmədova Nərminə Mirtağı qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Ona baş beyinin əzilməsi, qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.