17 iyul 2019 www.xeber24.az

“Ayaks” klubunun müdafiəçisi Mateys de Lixt Turinə gəlib.

Bu barədə “Yuventus”un rəsmi “Twitter” səhifəsi yazıb.

Yaxın müddətdə futbolçu tibbi müayinədən keçəcək. Hər şey qaydasında olarsa, niderlandlı futbolçu Turin klubu ilə beşillik müqavilə imzalayacaq.

De Lixt “Yuventus”un tarixində ən bahalı müdafiəçi olub. Keçid 75 milyon avroya razılaşdırılıb. O, həmçinin, İtaliya A Seriyasının ən yüksək ödənişli (ilinə 12 milyon avro) müdafiəçisi olacaq.

Fariz Eyvazlı