13 avqust 2019 www.xeber24.az

13 avqust 2019-cu il tarixində BNA-nın duracaq əməkdaşı Rüstəmov Etibar Əli oğlu İnzibati Xətalar Məcəlləsinin 97.1-ci və 124.5-ci maddələrinə müvafiq olaraq, Əsgərova Aytən adlı şəxsə aid “Peugeot 308” markalı, 99-HL-509 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Bakı şəhəri, Üzeyir Hacıbəyli 38 D küçəsində qadağan olunan yerdə durdurulması haqqında inzibati akt tərtib etmişdir.

Bundan sonra akta əsasən, nəqliyyat vasitəsi müvəqqəti saxlanılması üçün saat 16:24 radəsində evakuatorla BNA-nın 1 saylı mühafizə olunan duracağına götürülmüşdür.

Şikayətçi Aytən Əsgərovanın dediklərinə görə isə o, avtomobili sözügedən ərazidə aparılan təmir işləri üzündən yolun ikinci xəttinin lentlər vasitəsilə bağlınıldığını və istifadəsiz olduğunu görüb qeyd edilən yerdə saxlamışdır.

Şikayətçinin BNA-ya tələbi bundan ibarətdir ki, əgər yolun ikinci xətti hansısa səbəbdən dolayı bağlıdırsa və yolun bağlı olduğu hissəsində avtomobil saxlanılıbsa, o zaman nəqliyyat vasitəsinin müvəqqəti dayanacağa aparılması doğru deyil.

Bundan əlavə, şikayətçi Aytən Əsgərova qeyd edib ki, əgər yolun ikinci hissəsi açıq olsa idi, o zaman nəqliyyat vasitəsinin müvəqqəti dayanacağa aparılmasına heç bir etirazını bildirməzdi.

Fariz Eyvazlı