27 Sentyabr 2019 www.xeber24.az

Nərimanov rayonunda 2 nəqliyyat vasitəsi toqquşub, 1 nəfər xəsarət alıb.

Hadisə akademik Həsən Əliyev və Mirəli Qaşqay küçələrinin kəsişməsində baş verib.

“Lada Priora” markalı nəqliyyat vasitəsi Mirəli Qaşqay küçəsinə dönmə əməliyyatı etmək istəyən Həsənov Rəşad Rafiq oğlunun idarə etdiyi “BMW” markalı avtomobilə çırpılıb.

Qəzadan sonra “Lada” markalı avtomobildə olan sürücü və sərnişinlər R.Həsənovu döyüblər. Hadisəni törədən şəxslər ərazidən uzaqlaşıb.

R.Həsənov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, “Lada Priora”-dakı şəxslər sərxoş vəziyyətdə olub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

İlkanə Əliyeva