UNESKO “İpək yolları gənclərin gözü ilə” adlı ikinci fotomüsabiqə elan edib.

Xeber24.az xəbər verir ki, fotomüsabiqə 2020-ci il yanvarın 6-da başa çatacaq. Müsabiqədə 14-25 yaş arasında olan gənc qız və oğlanlar iştirak edə bilər. Təqdim olunan fotoşəkillər – İpək yollarında qastronomiya və qida istehsalı, İpək yollarında ənənəvi idman növləri və oyunlar və İpək yollarında musiqi və rəqs mövzularından birinə uyğun gəlməlidir.

Müsabiqə ruhunu ən yaxşı şəkildə əks etdirən fotoşəkillərin səyahət sərgisi müxtəlif ölkələrdə nümayiş etdiriləcək və fotoşəkillər peşəkar bir fotoalbomda nəşr olunacaq.

Qeyd edək ki, 2018-ci ilin sərgisi bu vaxta qədər Çin, Oman, Türkmənistan, Əfqanıstan, Rusiya Federasiyası, Azərbaycanda (5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı), Türkiyədə və UNESKO-nun baş qərargahının yerləşdiyi Parisdə nümayiş etdirilmişdir.