14 avqust 2019 www.xeber24.az

Yaponiyada son bir həftə ərzində sərt istidən 23 nəfər ölüb, 12,7 min insan xəstəxanaya düşüb.

“RİA Novosti” xəbər verir ki, ölkənin Baş yanğından mühafizə idarəsi avqustun 5-11-nə olan hesabatı ilə bölüşüb.

Ən çox zərər çəkən paytaxt Tokioda qeydə alınıb – 1460 nəfər.

Ekspertlərin bildirdiyinə görə, yüksək hava temperaturu hələ iki həftə davam edəcək. Bununla əlaqədar əhaliyə küçədə az gəzmək, sudan və kondisionerlərdən istifadə etmək məsləhət görülür.

Fariz Eyvazlı