US Visa

13 sentyabr 2019 www.xeber24.az

Sentyabr 1-dən başlayaraq, Azərbaycana gələn Türkiyə vətəndaşları üçün viza rejimi ləğv olunub. Türkiyə vətəndaşlarına tətbiq olunan viza sadələşdirilmiş, hava limanında əldə edilən viza idi. Amma artıq ona sərf edilən 5-10 dəqiqəlik hansısa bir bürokratik maneə də aradan götürülür.

Bunu açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşları rahat şəkildə ölkəmizin bütün sərhəd-nəzarət buraxılış məntəqələrindən keçə bilərlər:

“Təbii ki, viza rejimin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir. Bu razılaşmaya əsasən, 30 gün müddətində Türkiyə vətəndaşları ölkəmizdə ola bilərlər. Həmçinin, qeyd edim ki, viza ilə bağlı tələb olanda ölkəyə səfər zamanı bəyan edilmiş məqsəd bizim miqrasiya qanunvericiliyi ilə müəyyən edilir. Ancaq vizasız qaydada tətbiq olunan bütün maneələr aradan götürülüb”.

V.Hüseynov qeyd edib ki, viza rejiminin ləğvində miqrasiya sahəsində heç bir problemli məqam yoxdur:

“Dövlətimizin aidiyyəti orqanlarının da vəzifələri ondan ibarətdir ki, hər hansı narahatlıq yaradan məqam olsa, bunun qarşısı alınsın. Bu gün üçün hər şey qaydasındadır”.