13 May 2019 www.xeber24.az

Bakının Nəsimi rayonunda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib

Xeber24   oxu.az-a istinadən xəbər verir ki, Həsən Əliyev küçəsində qeydə alınan qəza zamanı 1 nəfər yalanıb. “90 CB 272” dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin xanım sürücüsü yol nişanının tələbini pozub.

Bu zaman avtomobil qarşı yolda hərəkətdə olan “99 MG 533” dövlət qeydiyyatlı “Volkswagen” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən “Volkswagen” yol kənarındakı səkiyə dəyib.

Qəza zamanı “Hundai”-ın xanım sürücüsü xəsarət alıb. Onun şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Cəfərzadə