Xalq öz iradəsini ifadə etdi!

0
828

www.xeber24.az

Ərdoğan : Xalq öz iradəsini ifadə etdi!

“Türkiyədə bələdiyyə seçkiləri demokratik şəraitdə keçdi, xalq öz iradəsini ifadə etdi.”

Bu sözləri İstanbulda KİV-lər üçün açıqlamasında ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, o, Ankaraya yollanır və orada “balkon nitqi” ilə çıxış edəcək: “Mən orada seçkilərin nəticələrini şərh edəcəm”.

Ərdoğan bildirib ki, seçkilərin ilkin nəticələrinə görə Ədalət və İnkişaf Partiyasının (AK Parti) Milli Hərəkat Partiyası (MHP) ilə tandemi irəlidədir.

Türkiyə prezidentinin sözlərinə görə, onun başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası ölkənin müxtəlif hissələrində həm qalib gəlib, həm də məğlub olub, bu da öz növbəsində demokratiyanın göstəricisi deməkdir.