29 iyun 2019 www.xeber24.az

ABŞ-ın sabiq vitse-prezidenti və ölkə prezidentliyinə namizəd Co Bayden ABŞ ərazisində irqçilik və digər bərabərsizliklərə mübarizə aparacağına söz verib.

Bu barədə “The Chicago Tribune” yazır.

Qeyd edilir ki, Bayden prezidentliyə demokratlar tərəfindən namizədliyi irəli sürülən Kamala Harris tərəfindən irqi bərabərlikdə qeyri-sabit mövqeyinin olmamağında ittiham edildikdən sonra belə bir bəyanatla çıxış edib.

“Sizə söz verirəm ki, prezident seçiləcəyim təqdirdə, irqçiliklə mübarizə aparan dövlət başçısı olacağam”, – deyə Bayden bildiirb.

Co Bayden bir müddət öncə isə 2020-ci ildə prezident seçilsə, xərçəng xəstəliyinə qalib gələcəyinə söz vermişdi.

Fariz Eyvazlı