9 sentyabr 2019 www.xeber24.az

Dünyanın bir sıra ölkələrində “Wikipedia”nın fəaliyyətində problem yaranıb.

Bu barədə məlumatı internet resurslarının fəaliyyətini müşahidə edən “Downdetector” saytı yayıb.

Nasazlıqlar Bakı vaxtı ilə 03:54-də başlayıb.

Problemdən daha çox ABŞ, Böyük Britaniya, Hollandiya, Almaniya, Fransa, Yunanıstan, İspaniya, Polşa, Serbiya, Xorvatiya, Rusiya və İsraildən olan istifadəçilər şikayət ediblər.

Şikayətçilərin 93% saytın işində problem olduğunu, 6% isə resursa avtorizə ola bilmədiklərini bildiriblər.