Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə yeni təyinat olub.

Xeber24.az oxu.az-a istinadla bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant İrza Nağıyev İdarənin xidmət üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, bu vəzifəni ötən il vəfat edən polis polkovnik-leytenantı Səməd Abbasov icra edib.