22 Aprel 2019 www.xeber24.az

Aprelin 27-də Yardımlı rayonunun prokuroru, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən çox maraqlı bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınan yazıçı Vahid Məmmədlinin imza günü keçiriləcək. Yazıçının kitablarını almaq və müəllifə imzalatdırmaq istəyənlər Bakı şəhərində Gənclik Moll-da yerləşən “Libraff” kitab mağazasına (“Gənclik” metro stansiyasının çıxışında) baş çəkə bilərlər. Tədbir saat 16:00-da başlayacaq.

Bu barədə “İlkxeber.org”-a V.Məmmədli özü məlumat verib: “Hər gün təxminən iki yüz nəfər mənə zəng vurub kitab istəyir. Bir o qədər də dostum deyir ki, çoxdandır görüşmürük. Elə bir o qədəri də deyir ki, bir yerdə şəklimiz yoxdur. Bir xeylisi də deyir ki, nə vaxt oturaq… Buna görə də 27 aprel 2019-cu il tarixdə saat 16.00 da Bakı şəhərində Gənclik Moll-da “Libraff” kitab mağazasında imza günüm keçiriləcək. Gəlin həm aldığınız kitabları imzalayım, həm şəkil çəkdirək, həm də görüşüb söhbətləşək. Həsrətə son qoyaq! Gözləyəcəm…”.

Fariz Eyvazlı