3 İyun 2019 www.xeber24.az

Bakıdakı uşaq bağçasında uşaqları təhqir edən müəllim işdən azad olunub.

Xeber24 qafqazinfo-ya istinadən xəbər verir ki, təhqiredici video yayılandan sonra bağça rəhbərliyi işə qarışıb. Mayın 31-də  müəllim işdən azad olunub.

Qeyd edək ki, həmin videonun çəkildiyi bağçanın ünvanını da əldə etmişik. Hadisə  Zığda yerləşən 331 saylı bağçada baş verib.

Xatırladaq ki, bağça müəlliməsi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən həmin videonu atıb. Bu zaman onun uşaqlarla necə davrandığı ortaya çıxıb.

Nurlan Cəfərzadə

Loading...