30 iyul 2019 www.xeber24.az

Rusiyanın Yekaterinburq şəhərində 7 və 8 yaşlı iki uşaq dükanda oyuncaq tapançadan satıcıya atəş açıblar.

TASS xəbər verir ki, hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Dükanda işləyən qadın uşaqların oğurluq etmələrindən şübhələnib. Əvəzində uşaqlardan biri ona oyuncaq tapançadan atəş açıb.

Sverdlovsk vilayətinin polisi yeniyetmələr və onların valideyinləri ilə profilaktik iş aparacağını bildirib.

Fariz Eyvazlı