23 Aprel 2019 www.xeber24.az

Ay başı daşdı kişi! Dinmə, uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! (M.Ə. Sabir)

“Bizim evde heç söyüş işlədilmir. Bu uşaq söyüşləri haradan öyrənir görəsən… Camaatın içində söyüş söyür, biabır oluruq…” kimi şikayətləri tez tez eşitmək olur.
Uşaqlar yeni şeylər öyrənməyə çox meyillidirlər. Yaxşı məlumatları da pis məlumatları da çox asanlıqla öyrənirlər. Buna görə uşaq tərbiyəsi çox əhəmiyyətlidir. Uşaq tərbiyəsi mövzusunda valideynlər birinci özlərini maarifləndirməlidirlər. Uşaqlar evdə pis söz eşitməsə belə bağçada, məktəbdə, yolda, parkda ətraflarından pis sözlər eşidib öyrənə bilər və bu sözlərin mənasını bimədən işlədə bilərlər. Bu cür sözlər əsəbi olanda xüsusi nida ilə deyildiyi üçün uşaqlar bunun qarşı tərəfi hisləndirəcək sözlər olduğunu bilir və işlədirlər ama həqiqi mənasını tam olaraq bilmirlər.

Bəzi valideynlər, azyaşlı uşaqların mənasını bilmədən söydüyü söyüşlərə gülərək reaksiya verirlər. Uşaqlar bu reaksiyadan diqqət çəkdiklərini bilirlər və təkrar diqqət çəkmək üçün söyüş söyürlər.
Bəzi valideynlər isə balacalar söyüş söyəndə hirslənir, uşağı bu hərəkətdən çəkindirməyə çalışırlar. Bu davranış da eyni ilə gülmə reaksiyası kimi uşağı söyüş söyməyə təşviq edir.
Uşaq söyüş söyərkən gülərək və ya hirslənərək reaksiya verilməməlidir. Mümkündürsə uşağın diqqəti başqa tərəfə istiqamətləndirilməlidir. Əgər uşaq o an əsəbi halda isə heçnə deyilməməlidir. Uşağın hirsi keçdikdən sonra bu hərəkət haqqında danışmaq olar. Söyüş söyməyin mənfi bir şey olduğu sakit, təmkinli bir şəkildə başa salınmalıdır.