26 Avqust ümumi – cərrah, koloproktoloq Op. Dr. Türkan Gündüzün doğum günüdür.

Op. Dr. Türkan Gündüz 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-cı ildə Kimya Biologiya təmayüllü özəl liseyə daxil olmuşdur. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2006-cı ildə ATU-nu ümumi-cərrah ixtisası üzrə bitirmişdir. 2006-2013-cü illərdə bir çox özəl klinikalarda ümumi-cərrah proktoloq kimi işləmişdir. 2010-2012-ci illərdə Türkiyənin Konya şəhərində Tibb fakültəsində Cərrahiyyə ixtisası üzrə kurs keçmişdir. 2015-ci il 19-23 may tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyə Koloproktoloji Konqressində iştirak etmişdir. 2016-cı il Avropa Koloproktoloji Cəmiyyətinin rəsmi üzvü seçilmişdir və Milan şəhərində keçirilmiş Konqressdə iştirak etmişdir. Türkan Gündüz Türkiyə Koloproktoloji cəmiyyətinin rəsmi üzvüdür. Hal-hazırda “ATU Tədris Cərrahiyyə Klinikası”nda və “City Hospital” klinikasında ümumi cərrah, proktoloq kimi fəaliyyət göstərir.

Fariz Eyvazlı