16 May 2019 www.xeber24.az

Hamının sevimlisi, peşəkar həkim, xeyirxah ürəyi ilə digər insanlardan fərqlənən ümumi-cərrah, koloproktoloq Op. Dr. Türkan Gündüz xanım daha bir uşağı sevindirib. Belə ki, Türkan xanım Daun sindromlu Sənan balamıza unudulmaz bir gün yaşadıb. (Daun sindromu (yaxud Trisomiya 21) – 21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) nəticəsində yaranan xəstəlikdir.). Həkim Xəbər24-ə müsahibəsində bu sindromla bağlı bilmədiyimiz bir çox nüansları, Sənan balamızla keçirdiyi zaman ərzində yaşadığı təəssüratlarını bizimlə bölüşüb. Türkan xanım müsahibəsində vurğulayıb ki, təkcə ölkəmizdə deyil, dünyanın hər yerində bu sindroma məruz qalan insanlarla bağlı səhv bir fikir formalaşıb. Türkan xanımın da qeyd etdiyi kimi bu cür insanlar əslində “əngəlli”, “qüsurlu” insanlar deyillər, əksinə sadəcə fərqli insanlardırlar. Türkan xanım həmçinin onu da qeyd edib ki, bu cür insanlarla ilkin ünsiyyət nisbətən çətin olsa da, daha sonra onlarla dostlaşmaq həm maraqlı, həm də asan olur. Sonda Türkan xanım Xəbər24 vasitəsilə insanlara öz ismarıcını çatdırıb və qeyd edib ki, fiziki məhdudiyyətli insanları cəmiyyətdən uzaqlaşdırmamalı, əksinə onların cəmiyyətə adaptasiyasında hər birimiz yaxından iştirak etməli və bu yolla da onları cəmiyyətə qazandırmalıyıq.

Fariz Eyvazlı