24 Aprel 2019 www.xeber24.az

Ümumi – Cərrah, Koloproktoloq Op. Dr. Türkan Gündüz 27 Aprel tarixində Gəncə şəhərində yerləşən Şans Tibb Mərkəzində pasientlərini qəbul edəcək.

 

Doktor Türkan Gündüz təcrübəli ümumi-cərrah, proktoloq, babasil xəstəliyinin Bant Liqasyonu Lonqo və Lazer üsulu ilə 15-20 dəqiqə ərzində tam müalicəsini, həmçinin, qarında baş verən köplərin, babasil xəstəliyinin, anal çatların, bağırsaq sindromunun, poliplərin, qadınlarda qeydə alınan çat xəstəliyinin, dermoid kistlərin, perianal fistulların terapevtik müalicəsini həyata keçirir. Bundan əlavə, göstərilən xidmətlərə hidroadenit, rektosele kimi problemlərin həlli, vaginoplastika əməliyyatı daxildir.

 

Qeyd edək ki, Op. Dr. Türkan Gündüz 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-cı ildə Kimya Biologiya təmayüllü özəl liseyə daxil olmuşdur. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2006-cı ildə ATU-nu ümumi-cərrah ixtisası üzrə bitirmişdir. 2006-2013-cü illərdə bir çox özəl klinikalarda ümumi-cərrah proktoloq kimi işləmişdir. 2010-2012-ci illərdə Türkiyənin Konya şəhərində Tibb fakültəsində Cərrahiyyə ixtisası üzrə kurs keçmişdir. 2015-ci il 19-23 may tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyə Koloproktoloji Konqressində iştirak etmişdir. 2016-cı il Avropa Koloproktoloji Cəmiyyətinin rəsmi üzvü seçilmişdir və Milan şəhərində keçirilmiş Konqressdə iştirak etmişdir. Türkan Gündüz Türkiyə Koloproktoloji cəmiyyətinin rəsmi üzvüdür. Hal-hazırda “ATU Tədris Cərrahiyyə Klinikası”nda və “City Hospital” klinikasında ümumi cərrah, proktoloq kimi fəaliyyət göstərir.

 

 

Fariz Eyvazlı