04 Aprel 2019 www.xeber24.az

Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilk turunda verilmiş səslərin hesablanmasını başa çatdırıb.

Xeber24.az Oxu.az saytına istinadən xəbər verir ki, seçki bülletenlərinin 100 faizinin hesablanmasından sonra, keçmiş KVN-çi Vladimir Zelenski 30,24 faizlə liderliyini qoruyub saxlayır. Ukraynanın hazırkı dövlət başçısı Pyotr Poroşenko 15,9 faiz, keçmiş baş nazir – “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko isə 13,4 faiz səs toplayıb.

Dördüncü yerdə “Həyat naminə – müxalifət platforması”ından olan namizəd Yuriy Boyko gəlir, ona seçicilərin 11,67 faizi etimad göstərib.

Qeyd edək ki, bundan əvvəl MSK aprelin 21-də keçiriləcək ikinci tura yalnız Zelenski və Poroşenkonun adladığını elan etmişdi.

Fariz Eyvazlı

Loading...