16 May 2019 www.xeber24.az

Ukraynanın Jitomirsk vilayətində naməlum şəxslər Azərbaycan vətəndaşını güllələyiblər.

Xeber24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “UNN” portalına hüquq-mühafizə orqanlarından bildirilib.

İnsident “Kamennıy Brod” kəndindəki daş emalı zavodlarının birində qeydə alınıb. İki naməlum şəxs odlu silahla bu müəssisənin işçisinə atəş açıblar. 1987-ci il təvəllüdlü azərbaycanlı hadisə yerində dünyasını dəyişib.

Cinayətkarlar motosikletə minərək hadisə yerindən qaçıblar.

Nurlan Cəfərzadə

Loading...