24 Aprel 2019 www.xeber24.az

UEFA elektron viza sistemində HIV/hepatit təsdiqi tələbinin ləğvinə görə Azərbaycana təşəkkür edib.

Xeber24.az qol.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı bəyanat yayıb.

Bəyanatda deyilir: “Biz Azərbaycan Respublikasının elektron viza sisteminə HIV/hepatit təsdiqi tələbinin ləğv edilməsi ilə bağlı düzəliş etmək qərarını alqışlayırıq.

Bu addım UEFA-nın mayın 29-da Avropa Liqası finalı üçün Bakıya gedəcək azarkeşlərin adından etdiyi xahişi ilə atılıb”.

Fariz Eyvazlı