10 Aprel 2019 www.xeber24.az

Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıdıqlarını bəyan etmişdi.

Xeber24.az Yenicag.az-a istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın “Sepah”la bağlı qərarına münasibət bildirib.

ABŞ-ın qərarını tənqid edən nazir bildirib ki, bu cür qərarlar regionda qeyri-sabitliyə səbəb olacaq.

Qeyd edək ki, bu qərara cavab olaraq İranın Xarici İşlər Nazirliyi ölkə prezidenti Həsən Ruhaniyə ABŞ Silahlı Qüvvələrinin Yaxış Şərqdəki komandanlığının terror təşkilatları siyahısına salınmasını təklif edib.

Fariz Eyvazı

Loading...