2 İyul 2019 www.xeber24.az

Türkiyə Rusiyadan alacağı S-400 komplekslərini Şimali Kipr Türk Cümhuriyyətində yerləşdirə bilər.

Xeber24  teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Yenidən Doğuş Partiyasının (YDP) sədri Ərhan Arıqlı deyib.

Partiya sədri bildirib ki, Şimali Kiprin hava sahəsinə nəzarət və təhlükəsizliyin təmin olunmasını Türkiyənin ixtiyarına buraxmaq lazımdır.

Nurlan Cəfərzadə