13 iyul 2019 www.xeber24.az

Türkiyə Şimali İraqda “Pəncə-2” əməliyyatı çərçivəsində terrorçuların məskən saldığı bölgələrdə yeni bir hərəkata başladığını bəyan edib. Silahlı qüvvələrin Hakurkun cənubunda təsbit olunan bir bölgəyə girdiyi bildirilir.

Milli Müdafiə Nazirliyinin açıqlamasında “Pəncə” əməliyyatının uğurla davam etdirildiyi qeyd olunub.

“12 iyul axşamı Quru Qoşunları topçu batareyaları və Hava Qüvvələrimiz “Pəncə-2” Əməliyyat Planı çərçivəsində fərqli bir bölgədə yeni hərəkata başlayıb”, – açıqlamada vurğulanıb.

Əməliyyatın Hava Qüvvələri, quru atəş dəstək vasitələri, hücum helikopterləri və PUA-ların dəstəyi ilə həyata keçirilməsinin planlaşdırıldığı bildirilib:

“Bu hərəkatla Hakurk bölgəsindəki terrorçuların yararlandığı mağara və sığınacaqların məhv edilməsi, terrorçuların zərərsizləşdirilməsi davam etdiriləcək”.

Fariz Eyvazlı