21 May 2019 www.xeber24.az

30 May 2019-cu il Nizami Kino Mərkəzində Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi ilə Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək İctimai Birliyinin “Fərqinə Var!” adlı yeni sosial layihəsinin təqdimatı keçiriləcək.

«Fərqinə Var!» sosial layihəsinin əsas məqsədi yanlış mühakiməyə məruz qalan daun sindromlu və fiziki məhdudiyyəti olan uşaq və gəncləri cəmiyyətin nəzərinə çatdırmaq, cəmiyyətlə məhdudiyyətli fərdlər arasında mövcud olan maneələri aradan qaldırmağa dəstək olmaqdan ibarətdir.

Bu layihəyə dəstək olan şəxslərdən biri də həkim, travmatoloq-ortoped Amir Bədəlovdur. Öz sahəsinin peşəkarı olan həkim Amir Bədəlov 2001-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsində təhsil alıb. 2008-2010-cu illərdə Kazan Dövlət Tibb Akademiyasında Travmatoloq-ortoped ixtisası üzrə ordinatura keçən Dr. Amir Bədəlov hal-hazırda Turan Klinikasında travmatoloq-ortoped olaraq fəaliyyət göstərir.

Dr. Amir Bədəlov tərəfindən icra olunan prosedurlara oynaq əməliyyatları, artroskopik əməliyyatlar, osteosintez əməliyyatları, böyük sümük sınıqlarının, sınıq çıxıqların və böyük çıxıqların qapalı reduksiyası, axil vətərinin qırılması, komplex osteotomiya, karpal tunnel sindromu, tringer finger, mallet finger və s. kimi problemlərin həlli və əməliyyatlar daxildir.

Travmatoloq-ortoped Dr. Amir Bədəlov Xəbər24.az-a müsahibəsində «Fərqinə Var!» sosial layihəsini dəstəklədiyini bildirib və layihə haqqında fikirlərini, təəssüratlarını bizimlə bölüşüb.

Fariz Eyvazlı