06 May 2019 www.xeber24.az

ABŞ-ın Demokratlar Partiyasından olan prezidentliyə namizəd Co Bayden Ağ Ev rəhbəri Donald Trampı “təlxək” adlandırıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

“Ona bir çox ləqəblər qoya bilərdim, lap elə “təlxək”dən başlaya bilərəm”, – deyə Bayden bildirib.

Onun sözlərinə görə, Trampın “ləqəbqoyma oyunu”na qoşulmaq fikrində deyil. Keçmiş vitse-prezident Trampla diskursu “yüksək səviyyədə saxlamaq” fikrində olduğunu vurğulayıb.

Fariz Eyvazlı