2 Oktyabr 2019 www.xeber24.az

ABŞ prezidenti Donald Tramp Konqresdə impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb.

“RİA Novosti” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Twitter”səhifəsində yazıb.

“Mən günü-gündən daha çox o qənaətə gəlirəm ki, olanlar impiçment deyil, insanlardan hakimiyyəti, onların səslərini, azadlıqlarını, onların ikinci düzəlişini (silah dövriyəsini icazə verən-red), dini, silahlı qüvvələri, sərhəddə divarı və Amerika Birləşmiş Ştatları vətəndaşlarına Allah tərəfrindən verilmiş hüquqları əllərindən almaq üçün edilən dövlət çevrilişidir”, – deyə Tramp bildirib.

İlkanə Əliyeva

Loading...