12 Aprel 2019 www.xeber24.az

ABŞ prezidenti Donald Tramp cümə axşamı Vaşinqtonda Cənubi Koreya prezidenti Mun Çje İnlə keçirdiyi görüşdə KXRD lideri Kim Çen Inlə yaxşı münasibətlərinin olduğunu bildirib və onunla dialoqa hazır olduğunu söyləyib.

RİA Novosti” bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Prezindet Tramp və prezident Mun KXDR-nın tam nüvəsizləşdirilməsi ilə bağlı təftişlərin aparılması, Koreya yarımadasında davamlı sülhün təmin olunması, həmçinin, Hanoy sammitindən sonra KXDR-lə münasibətlərin yaxşılaşdırılmasına nail olmaq üçün birgə hədəfləri müzakirə edib.

Prezident Tramp KXDR sədri Kim Çen Inlə yaxşı münasibətlərinin olduğunu və onunla dialoq üçün qapının hələ də açıq olduğunu dilə gətirib”, – deyə məlumatda qeyd olunur.

Fariz Eyvazlı