4 Noyabr 2019 www.xeber24.az

Türkiyənin Afyonkarahisar şəhərində universitet tələbələri toyuq dönərindən kütləvi şəkildə zəhərləniblər.

“İhlas” xəbər verir ki, hadisə universitetdən kənarda baş verib.

Verilmiş ifadələrə əsasən, tələbələr dönəri eyni dönərçidən alıblar.

Nəticədə 67 tələbə zəhərlənərək Afyonkarahisar Dövlət xəstəxanasına yerləşdirilib.

Kütləvi zəhərlənmə faktı ilə bağlı istintaq başlanıb.

Loading...