25 İyun 2019 www.xeber24.az

Tovuz rayonunda intihar faktı qeydə alınıb.

Xeber24 oxu.az-a istinadən xəbər verir ki, rayonun Aşağı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Ramin Nizami oğlu Ələsgərli intihar edib.

Onun cansız bədəni səhər saatlarında həyətdə asılmış halda tapılıb. Müəllim ailəsində doğulan gənc subay olub. Heç bir sosial problemləri olmayıb. İntihar aktını niyə həyata keçirdiyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Cəfərzadə

Loading...