Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində bir ailənin 4 üzvünün intihar etməsinin səbəbləri müəyyənləşib.
Xeber24.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, evin tək işləyəni olan Oya bacı-qardaşlarına zəhərli meyvə suyu verib zəhərlədikdən sonra özü də intihar edib.
Dostları isə bir müddətdir depresiyada olan Oya haqqında acı dolu faktlardan danışıblar. Məlum olub ki, ailə son dərəcədə maddi sıxıntı yaşayırmış. Banklara külli miqdarda kredit borcu olan ailə qaz və işıq pullarını belə ödəyə bilmirmiş.
Oya Yetişkinin dostu Serpil Alkan borclar içində olan qardaş-bacıların hekayələrini danışıb : Alkan, Oya və Kamuran mənim 35 illik dostlarımdı. Oya anası vəfat etdikdən sonra 60 min TV kredit götürmüşdü. O, restoranlarda müğənnilik edirdi, bəzən də model kimi çalışırdı. Oyanın çəkisi 130 kq-a qalxdığı üçün ona gülürdülər. O da bu duruma görə depresiyaya düşmüşdü. Həmişə mən ölsəm qardaşlarıma, bacıma kim baxacaq deyirdi. Ən çox bacısını sevirdi. Heç evlənmədilər, hər zaman birlikdə yaşadılar. Ev sahibi kirayəni qaldırmaq isdəyirdi, buna görə məhkəməyə veriləcəkdilər. Ramazan ayında ərzaq yardımı edənlərdən onlar üçün ərzaq alırdım. Amma bu il o mənə  mən daha səndən ərzaq almayacam, durumu bizdən pis olanlar var ” dedi.
Valideynləri ölən gənclərin cənazələrinin kimsə sahib çıxmadığı üçün onlar kimsəsizlər qəbrstanlığında dəfn ediliblər.