17 iyul 2019 www.xeber24.az

14 iyul 2019-cu il saat 18:00-da “Baku Castle Restoran”da artıq 3 ildir ki, Azərbaycanda keçirilən və ölkəmizdə brendə çevrilən “The Models of Summer” müsabiqəsinin 2019-cu il üçün nəzərdə tutulan “The Models of Summer 2019”un möhtəşəm final gecəsi keçirildi.

Müsabiqənin final günündə Azərbaycanın məşhur modelyer-dizaynerləri – Gülər Rəcəbli və Nigar Hüseynovanın hazırlamış olduğu geyimlər nümayiş etdirildi.

Bundan əlavə, podiumda böyüklərlə yanaşı azyaşlı modellərin də çıxışları, bir-birindən maraqlı səhnələr, yarışda iştirak edən modellərin sərgilədikləri performanslar, canlı rok musiqi ifası müsabiqəni izləmək üçün toplaşan qonaqların böyük marağına səbəb oldu.

10 ildir Azərbaycanda modellik sahəsi üzrə fəaliyyət göstərən, dünyaca məhşur onlarla model yetişdirən, 2018-ci ildə ”İlin ən yaxşı xareoqrafı” adına layiq görülən və müsabiqənin rəhbəri Anar İskəndərsoy Xəbər24-ə verdiyi müsahibəsində bunları qeyd edib:

Bu müsabiqə artıq 3 ildir ki, Azərbaycanda keçirilir, lakin bu dəfə keçirəcəyimiz müsabiqədə nəyinki ölkəmizdə, həmçinin, dünyada bir sıra yeniliklərə imza atacağıq və məqsəd dünya trendinə düşməkdir.

Ümumilikdə 26 modelin iştirakı ilə keçirilən “The Models of Summer 2019” müsabiqəsində münsiflərin qərarları ilə ilin ən gözəl və ən yaxşı modellərinin adları açıqlandı və qaliblərlə yanaşı bütün iştirakçılar müxtəlif nominasiyalar üzrə mükafatlandırıldı. Son olaraq qeyd edək ki, “The Models of Summer 2019”un münsiflər heyəti qismində ölkənin tanınmış insanları – Top model Tural İsmayılovOrxan Məmmədov, məşhur modelyerlər Mübariz Allahverdizadə, Gülər Rəcəbli, Nigar Hüseynova, stilist-vizajist Günel SəfərovaÜlkər Səlimova, stilist-kolorist Leyla Əliyeva, müğənni Nurəli Cavadov, Mirəli Cavadov, foto model Milana İsmayılovamodel Çinarə Qurbanova yer almışdır.

Fariz Eyvazlı