“Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadənin cinayət işinə xitam verilib.

Xeber24.az APA-ya istinadla xəbər verir ki, bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

O qeyd edib ki, bu gün cinayət işinə xitam verilib.

Qeyd edək ki, L. İsmayılzadəyə Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham verilib. Penitensiar Xidmətin yaydığı məlumata görə, 21.03.2019-cu il tarixdə 18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

T. Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs edilib.