16 May 2019 www.xeber24.az

Axşam saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq

 16 may tarixində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Mərdəkan yol qovşağından Heydər Əliyev adına Beynəlxalq hava limanı yol qovşağına kimi, həmçinin Fətəli xan Xoyski küçəsində axşam saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin məlumatına görə, bu səbəbdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Nurlan Cəfərzadə

Loading...