7 sentyabr 2019 www.xeber24.az

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Rayonun Balaqusar kənd sakini, 1961-ci il təvəllüdlü Hacıyev Rüfət Əlimərdan oğlunun yüksək sürətlə idarə etdiyi “VAZ 2107” markalı maşın idarəetməni itirərək, yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. Yaralı dərhal Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin ehtimala görə, qəzaya havanın yağışlı və yolun sürüşkən olması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.