11 Aprel 2019 www.xeber24.az

Sudanda baş verən hərbi çevrilişdə ABŞ ittiham edilir.

“Haber7” portalının məlumatına görə, ABŞ-dan olan nümayəndə heyəti bir həftə əvvəl Sudana gedərək, çevrilişdə iştirak edən şəxslərlə görüşüb.

Çevriliş nəticəsində Sudan prezidenti Ömər əl-Bəşir istefa verib.

Xatırladaq ki, yanvarın 21-də Venesuelada da çevriliş cəhdi olmuşdu. Həmin hadisələrdə də ABŞ ittiham olunurdu.

Fariz Eyvazlı