23 Noyabr 2019 www.xeber24.az

Amerikalı alim Kolin Kampbel südün ən zərərli qida olduğunu deyib.

“Sondakika” xəbər verir ki, Çin Tibb Akademiyası, Cornell Universiteti, Oksford Universiteti tərəfindən aparılan araşdırmanın nəticəsinə görə, südün tərkibində olan casein maddəsi xərçəng yaradır.

Süd ticarəti ilə məşğul olanların reaksiyası ilə qarşılaşan tədqiqatçı bu günə qədər caseinin bədəndə cox gec parçalandığını və parçalandığı zaman bəzi orqanlara zərər verdiyini bildirib.

Casein parçalandığı vaxt ayrılan“casomorphin” adlı maddə qana qarışanda heroin təsiri yaradır, bu da süd məhsullarına asılılıq yaradır.

Tədqiqatın nəticələrinin ən təəccüblü tərəfi isə südün tərkibindəki kalsiumun sümüklərimizi bərkitmək əvəzinə əritdiyi fikridir.

Südün, eyni zamanda, həzm probleminə, qaşınma və səpki yaranmasına səbəb olduğu bildirilib.