04 Aprel 2019 www.xeber24.az

Almaniya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

“Bavariya” doğma meydanı Allianz Arena-da aşağı liqa təmsilçisi olan “Haydenheym” klubunu qəbul edib. 9 qolun vurulduğu oyunda 5:4 hesabı ilə qələbə qazanan Münhen təmsilçisi yarımfinala yüksəlib.

“Bavariya” – “Haydenheym” 5:4

Qollar: Leon Qoretska 12, Tomas Müller 53, Robert Levandovski 55, 84 (pen), Serji Qnabri, 65 – Robert Qlatzel, 26, 74, 77 (pen), Mark Şnatterer, 39

Həmçinin qeyd edək ki, Niklas Suel 15-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda buraxıb.

Fariz Eyvazlı