Türkiyədə marketə silahlı hücum olub.

Xeber24.az xəbər verir ki, naməlum şəxs İstanbul şəhərinin Pendik rayonundakı marketdə insanlara atəş açıb. Hadisə nəticəsində bir ailənin dörd üzvü – Orxan Yılmaz, Rabiyə Yılmaz və Əhməd Yılmaz ölüb, Ayxan Yılmaz isə ağır yaralanıb.

Silahlı hücumu gerçəkləşdirən şəxs qaçmaq istəsə də, ətrafdakı insanlar tərəfindən yaxalanıb.

İtstanbul polisi hadisənin terror hücumu olması, yoxsa şəxsi zəmində baş verməsini araşdırır.

 

Loading...