21 İyun 2019 www.xeber24.az

Avstraliyalı alimlər mobil telefondan çox istifadə etməyin yaratdığı daha bir ziyan barədə məlumat veriblər.

Xeber24  xəbər verir ki, smartfonlardan çox istifadə edən gənclərin kəllə sümüyündə sümük törəməsi yaranır. Tədqiqatçılar bildirirlər ki, buynuzabənzər çıxıntı əsasən ənsə hissəsində meydana çıxır. Bunun səbəbi isə mobil telefona daim əyilib baxan insanın onurğa əzələsinə düşən gərginlikdir.

Nəticədə bəzi insanların boynunda çıxıntı yaranır. Tədqiqatçılar bildirir ki, bu kəşfi insan orqanizminin müasir texnologiyadan istifadəyə adaptasiyası adlandırmaq olar.

Qeyd edək ki, yuxudan əvvəl mobil telefondan istifadə edənlərdə yuxusuzluq, narahat yuxu kimi problemləri ortaya çıxır. Eyni zamanda imunitet sistemi də zəifləyir.

Nurlan Cəfərzadə