19 Aprel 2019 www.xeber24.az

Şimali İrlandiyanın Londonderri şəhərində baş verən iğtişaşlar zamanı 29 yaşlı jurnalist qadın qətlə yetirilib.

Bu barədə “Deutsche Welle” yazır.

Məlumata görə, zorakılıq qurbanı Layra Makki adlı qadındır. Güllələnənə qədər Olster münaqişəsi və onun fəsadları barədə bir sıra yazıları çıxıb. Yerli polis insidentin terror aktı kimi araşdırıldığını açıqlayıb.

İğtişaşlar Kreqqan rayonunda irlandiyalı millətçi-katoliklərin britaniyalılara qarşı 1916-cı ildə Dublin üsyanının ildönümünü qeyd etdiyi, “pasxa həftəsonu” ərəfəsində baş verib. Məlumata görə, küçələrə toplaşanlar asayiş keşikçilərinin üzərinə molotov kokteylləri atıb, şahidlər atəş səslərinin eşidildiyini bildirir.

Hadisə yerindən çəkilmiş kadrlarda yandırılmış avtomobilləri, polis zirehli texnikasını və silahlı çevik polis dəstələrini görmək olur.

Brexit danışıqları fonunda, Şimali İrlandiya və İrlandiya arasında sərhəd nəzarətinin gücləndiriləcəyi təqdirdə, Olsterdə yeni zorakılıq dalğasının meydana gələcəyi, millətçi-katoliklərlə yunionist protestantlar arasında toqquşmaların baş verəcəyi gözlənilir.

Fariz Eyvazlı