14 avqust 2019 www.xeber24.az

Sibir yanğınlarının tüstüsü Şimal Buzlu Okeanı qət edərək Qrenladiyaya çatacaq.

“RİA Novosti” xəbər verir ki, tüstü buludu Qrenlandiyadan sonra Alyaska istiqamətində hərəkət edəcək.

“Copernicus” Avropa müşahidələr proqramının proqnozları bunu deməyə imkan verir.

Son məlumatlara görə, Rusiyanın İrkutsk və Krasnoyarsk vilayətlərində 200 meşə yanğını qeyd alınıb.

Yanğınlar ümumilikdə 2,5 milyon hektar ərazini əhatə edir.

Fariz Eyvazlı