Rusiyalı aktrisa “Mənim sevimli dayəm” serialının ulduzu Anastasiya Zavorotnyukun ölüm xəbəri yayılıb.

“Xeber24.Az”xəbər verir ki, onun vəfat etdiyini internet istifadəçilərindən biri söyləyib. Daha sonra o, klinikada olan bir dostunun bu xəbəri təsdiq etdiyini bildirib.

“Dəqiq vəfat edib. Həyat yoldaşım bu gün aktrisanın yatdığı xəstəxanada idi … Dostumuz indi orada yatır. Həkim bu barədə 1,5 saat əvvəl şəxsən deyib”,- deyə qadın qeyd edib.

Xəbəri aktrisaya dəstək verən saytlardan biri təkzib edib.

“Bu həqiqət deyil. Aktrisa sağdır. İnsanların hissləri ilə belə oynamaq iyrənclikdir”,- deyə onlar vurğulayıblar.

Qeyd edək ki, daha əvvəl xərçəngdən əziyyət çəkən aktrisanın səhhətinin yaxşılaşdığı bildirilirdi.

Ailəsi və yaxınları isə bu məlumata heç bir reaksiya verməyib.

Loading...