27 Aprel 2019 www.xeber24.az

İndoneziyada aprelin 17-də keçirilən seçkilərdə 276 nəfər  komissiya üzvü və polis yorğunluqdan ölüb. Daha öncə ölənlərin sayının 90 olduğu, 366 nəfərin isə xəstələndiyi bildirilmişdi.

Regnum.ru-nun xəbərinə görə, İndoneziya Mərkəzi Seçki Komissiyasının sədri Ariv Budiman bildirib ki, ölənlərin 225-i yaşı 40-dan yuxarı olan məmurlardır. Üstəlik seçkilərin gedişini müşahidə edən daha 33 nəfər də vəfat edib. Bunun əsasən yorğunluqdan baş verdiyini deyən MSK sədri əlavə edib ki, seçki ilə əlaqədar iş başında, yol-nəqliyyat hadisələrində ölən 18 polisi də bu siyahıya daxildir.

İndoneziyanın coğrafi şəraiti seçki komissiyalarının üzvlərini və polisləri seçki bülletenlərini və qutularını  cəngəlliklərdən, çaylardan və dağlardan keçərək seçicilərə çatdırmağa məcbur edir. Bu zaman onlar vəhşi təbiətdə at və qayıq vasitəsilə hərəkət edirlər. Seçki məntəqələri isə ümumilikdə 17 min adada yerləşir.

Fariz Eyvazlı