12 C
Baku
Cümə, Noyabr 15, 2019
Ev İdman Sarri Ronaldonu niyə əvəzlədi? – VİDEO

Sarri Ronaldonu niyə əvəzlədi? – VİDEO

11
0

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Lokomotiv”lə matçda (2:1) əvəzlənməsini narazılıqla qarşılayıb.

Xeber24.az Offsideplus.az-a istinadla xəbər verir ki, portuqaliyalı hücumçu 82-ci dəqiqədə Paulo Dibala ilə əvəzləndikdən sonra Turin klubunun baş məşqçisi Maurisio Sarrinin əlini sıxmayıb.

İtaliyalı mütəxəssis görüş bitdikdən sonra Ronaldonun meydandan çıxarmasının səbəbi haqda danışıb. O bildirib ki, 34 yaşlı oyunçunun zədələnə biləcəyindən ehtiyat etdiyi üçün bu addımı atıb: “Birinci hissənin sonunda onda narahatlıq əlamətləri var idi. İkinci hissədə belə anlar bir az da artdı. Onun zədə ala biləcəyindən ehtiyat etdiyim üçün əvəzlədim. Zədə gələcəkdə Kriştianoya mane ola bilərdi”.