27 avqust 2019 www.xeber24.az

Rusiyalı tennisçi Mariya Şarapova ABŞ-ın Açıq Çempionatının ilk turunda əzəli rəqibi amerikalı Serena Uilyamsa məğlub olub.

Eurosport.ru xəbər verir ki, meydan sahibi rusiyalı rəqibini 2 setdə darmadağın edib – 6:1, 6:1. Oyun cəmi 59 dəqiqəyə başa çatıb.

32 yaşlı Şarapova üçün Uilyamsa uduzmaq adi bir hala çevrilib: o, artıq 20-ci dəfədir ki Serenaya məğlub olur.

Fariz Eyvazlı