Samux şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Xeber24.Az-a verilən məlumata görə, iyulun 8-də saat 11 radələrində Samux şəhərinin ərazisində Nəbiağalı qəsəbə sakini Elham Nəsibovun idarə etdiyi “VAZ-21070” və Göygöl rayon sakini N.Məhərrəmovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə E.Nəsibov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Samux RPŞ tərəfindən araşdırma aparılır.